Logomuzun Mənası

Əsas səhifə > Logomuzun Mənası

Loqotipimizdə istifadə olunan qara və qızılı rənglər keyfiyyət və nəciblik rəmzi olaraq qəbul edilmişdir. Rənglərimiz işgüzar anlayışımızdakı özünəməxsusluğun nümunəsidir. Yumruqlardan yaranmış dairə vəhdətdən doğan birlik və gücü təmsil edir. Bu güc bizim inamımız, dəyərlərimiz və həyata keçirəcəyimiz layihələrlə əməkdaşlığımızın və qarşılıqlı etimada əsaslanan münasibətlərimizin ifadəsidir.
Birliyi göstərən loqotipimizdə güclərimizi yumruqlarımızda birləşdirib bu güc vasitəsilə qələm tutmağı və yaradıcı layihələrə imza atmağı hədəf qoymuşuq.